"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyəsi şəhərdə cari işlərini həyata keçirib

--2017-02-06 / 13:12

Bərdə bələdiyyəsi şəhər ərazisində təmir, bərpa işlərini davam etdirməkdədir. Bu barədə məlumatı Belediyye.infoya  Bərdə bələdiyyəsindən veriblər.

Məlumatda bildirilir ki, şəhərin gecə işıqlanmasını təmin etmək üçün Heydər əliyev prospektində və Nüşabə küçəsində quraşdırılmış elektrik dirəklərində yaranmış nasazlıqlar bələdiyyənin aidiyyəti qurumlarının iştirakıyla aradan qaldırılmış və həmin ərazilərdə işıqlandırma bərpa edilmişdir.

Bələdiyyənin tikinti və bərpa briqadası həmçinin Heydər əliyev prospektində qrunt sularının axması üçün çəkilmiş su arxını təmizləmiş və piyada səkisində dağılmış tamet daşlarını bərpa etmişdir.

Məlumatda qeyd edilri ki, bələdiyyə  şəhərdə cari təmir-bərpa işlərini davam etdirir.

Belediyye.info

ŞƏRHLƏR