"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyəsi şəhərdə təmizlik işlərini davam etdirir

--2015-12-21 / 15:09

Bərdə bələdiyyəsinin  sədri Sadiq Xəlilovun  Belediyye.infoya verdiyi  açıqlamaya  görə,  bələdiyyənin təşəbbüsü ilə şəhərin Bakı küçəsində ciddi şəkildə  abadlıq, təmizlik işləri görülüb. iri ağacların budaqları budanıb, ərazidəki, kollar təmizlənib, kiçik təpələr traktor vasitəsilə düzəltdirilib.

Eyni zamanda ərazidə olan ünvansız məişət tullantıları yığılaraq ərazidən daşınıb.

Xatırladaq ki, bələdiyyə bundan əvvəl rayon ərazisində olan və bələdiyyəyə müraciət ünvanlayan doqquz imkansiz və aztəminatlı ailəyə - əliyeva Validə, Yusifova Rəqiyyə, Fərəcova Gülbənd, Həsənov Eldəniz, Hüseynova Sevinc, ismayılova Aftab, Cəfərova Nərgiz, Rəhimova Roza və Hüsynova Xuramana maddi yardım ayrılıb. Bu dövrdə  şəhərdəki imkansız ailələrin yas mərasimlərinə də maddi yardımlar göstərilib.

Belediyye.info

ŞƏRHLƏR