"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyəsi səyyar qəbul keçirib

--2016-10-31 / 18:10

"Azərbaycanda Yerli Demokratiya Həftəsi" çərçivəsində Bərdə bələdiyyəsi səyyar qəbul keçirib.

Qəbulda şəhər sakinlərinin qaldırdığı məsələlər yerindəcə baxılaraq müvafiq şöbələrə tapşırıqlar verilib. Həlli bələdiyyədən asılı olmayan məsələlərlə  bağlı digər orqanlara müraciət ediıməsi  tövsiyyə edilib.

Bu barədə məlumatı Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov verib.

Onun sözlərinə görə, “yerli demokratiya həftəsi” çərçivəsində bələdiyyə iclasında konkret proqram müzakirə edilərək təsdiq edilib. Həftə ərzində səyyar qəbulların keçirilməsi, aztəminatlı ailələrlə bağlı sosial layihələrin gercəkləşdirilməsi nəzərdə tutulub.

Belediyye.info

ŞƏRHLƏR