"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyəsi təmir işlərini plan üzrə davam etdirir

--2017-06-16 / 16:25

Bərdə bələdiyyəsi şəhərin küçə və prospektlərində abadlıq və təmir işlərini plan üzrə davam etdirir.

Belə ki , iyun ayının birinci 10 günlüyü üzrə nəzərdə tutulmuş işlər plan üzrə tam icra olunmuşdur.

H.əliyev prospekti ilə Bakı küçəsinin kəsişməsində və Bayraq meydanında ağlay örtüyünün dağılmış hissələri təmir olunmuşdur.  Bununla yanaşı bələdiyyənin müvafiq  şöbənin əməkdaşlarının səyi ilə Bərdə şəhər Təhsil şöbəsinin qarşısında gül qablarının mərmər üzlükləri təmir olunmuşdur.

H.əliyev prospektinin girisində 3 şəhid bülağının qarşısında piyada səkisi və barduyor təmir olunmuşdur.  Habelə həftə ərzində görülən işlər sırasında işıq dirəklərində elektrik avadanlıqları yenisi ilə əvəz olunmuş və elektrik naqilləri dəyişdirilməsi də vardır. 

Bu günlərdə isə Heydər əliyev parkında zibil qutuları , oturacaqlar rənglənmiş və alaq otları biçilmişdir.

Belediyye.info

ŞƏRHLƏR