Bərdə bələdiyyəsi daha bir pulsuz elan lövhəsini vətəndaşların istifadəsinə verib. Bu barədə məlumat Bərdə bələdiyyəsindən daxil olub. Məlumata görə, elan lövhəsi şəhərin H.əliyev prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində quraşdırılıb. Belə ki, indiyədək dayanacaqlarda, hasarlarda, ağaclarda və elektrik dirəklərində yapışdırlan və axtarış elanlar artıq şəhərdə əhalinin sıx olduğu yerlərin də quraşdırılmış elan lövhələrində asanlıqla tapılacaqdır.
Məlumat da daha sonra qeyd edilir ki, sakinləri rahatlığını təmin etmək üçün Bərdə bələdiyyəsinin atdığı bu addım vətəndaşlar tərəfindən razılıqla qarşılanır.
Qeyd edək ki, növbəti pulsuz elan lövhəsinin vətəndaşların daha sıx olduğu yerində quraşdırılacağı nəzərdə tutulmuşdur.
Belediyye.info