Bərdə bələdiyyəsi cari ildə bələdiyyə iclasının qərarıyla yeni layihələrin icrasına start verib. Bələdiyyənin təşəbbüsü ilə Bərdə şəhər H.əliyev prospekti və H.əliyev adına Park-Bulvar kompleksində dağılmış mərmər örtükləri və döşəmə daşları yeniləri ilə əvəz olunmuş , eyni zamanda Nüşabə küçəsində dağılmış piyada səkiləri, bardyürlar, döşəmə daşları təmir olunmuş, Fizuli küçəsində, sakinlərin müraciəti əsasında yollar qreder və qum-çınqıl vasitəsilə hamarlanmış, Bakı küçəsində, şəhid Süleyman Allahverdiyev və Dövran Naibovun adına tikilmiş bulaq-xatirə abidəsinin dam örtüyünün quraşdırılması təşkil olunmuş, şəhid E.əsədov küçəsində gecə işıqlanması təmin olunmuşdur.
Bərdə bələdiyyəsi bundan sonra da sakinlərin müraciətini nəzərə alaraq şəhərdə abadlıq quruculuq işlərində öz töhvəsini verməyi planlaşdırır.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|