Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab ilham əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş iclasda qeyd etdiyi kimi Azərbaycanın inkişafının mərkəzində ölkəmizin müstəqilliyi, müstəqil siyasəti durur.
Bu gün Azərbaycanın bütün regionları kimi Qarabağın ən böyük iqtisadi rayonu olan Bərdə rayonu da sürətlə inkişaf edir.
Hesabat dövründə rayonun bütün bələdiyyələri kimi Bərdə bələdiyyəsi də rayonda aparılan tikinti-abadlıq işlərində yaxından iştirak etmiş, yerli məsələlərin həlli üçün bütün imkanlardan istifadə edilməsi üçün cəhd göstərmişdir. .
il ərzində şəhərin H.əliyev prospektində, H.Aslanov, Koroğlu, S.Vurğun, i.Qayıbov küçələrində olan avtomobil yolunun sağ və sol hissəsində piyadalara aid səki yolundakı bardurlar və piyadalar üçün yol keçidləri rənglənmiş, Yeni Yaşayış massivi,Bakıxanov, A.əhmədov, Səttərxan və R.Rza, B.Hacıyev,M.Cəfərov, N.Hikmət, M.Hüseynzadə və C.Cabbarlı küçələrinə şeben verilməklə hamarlanmış, iri ağaclar budanmış, şəhriyar, Məhsəti, Atatürk, A.əhmədov, H.Cavid, Qarabağ və Bakı küçələri qum-çınqılla təmir edilmiş, bardurlar bərpa olunmuş, Gəncə küçəsində isə içməli su kəməri yenidən çəkilmiş, yol kənarı su arxları təmizlənmişdir.
Ötən il məhəllə komitələri ilə iş fəaliyyətimizin əsas istiqamətlərindən biri olmuş, məhəllə komitələrində hesabat yığıncaqları keçirilmiş, küçə fəalları ilə əmlak vergisinin ödənilməsi, küçə yollarının təmir olunması və digər mövzularda maarifləndirmə işləri aparılmışdır.
əhaliyə göstərilən sərnişin daşıması xidmətinin yaxşılaşdırılması üçün 2016-cı ildə Bərdə bələdiyyəsinin təssisçiliyi ilə “Bərdə Nəqliyyat ”MMC yaradılmış və 9 nəfər işçi ilə təmin olunmuşdur.
Hesabat dövründə Bərdə bələdiyyəsinin loqosu təsdiq olunmuş və Facebook sosial şəbəkəsində “Bərdə bələdiyyəsi” səhifəsi qeydiyyata alınmışdır. Həmçinin Yerli Vergi və Ödənişlərin Avtomatlaşdırılmış Məlumat Sistemi yaradılmış və vergi ödəyicilərinin qeydiyyata alınması işlərinə başlanmışdır.
2016-cı ilin oktyabrın 12-dən 18-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi “ çərçivəsində tədbirlər görülmüş, sakinlərlə operativ əlaqələrin təmin edilməsi məqsədilə “qaynar xətt” yaradılmış, bələdiyyədə “açıq qapı” günləri keçirilmiş, həftə ərzində 393 nəfərin iştirakı ilə müxtəlif tədbirlər keçirilmiş, bələdiyyədə 52 vətəndaş dinlənilmişdir.
2016-cı ildə bələdiyyənin 24 iclası keçirilmiş, iclaslarda 46 məsələ müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur.
Hesabat dövründə bələdiyyəyə vətəndaşlardan 81 müraciət daxil olmuşdur ki, bu da 2015-ci ildəkindən 33% azdır.
il ərzində bələdiyyəyə müxtəlif təşkilatlardan 121 məktub daxil olmuş, bütün məktubların icrası təmin edilmişdir.
2016-cı ildə bələdiyyə büdcəsinin gəlirləri 157,247 min manat, xərcləri 156,613 manat olmuş, 2015-ci ilə nisbətən bələdiyyənin gəlirləri 23,6 faiz artmışdır. illik ümumi xərclərin 42.5 %-i bələdiyyə qulluqçularının əməyinin ödənişinə sərf edilmişdir.
il ərzində vergilərin ödənilməsində ən çox irəliləyiş fiziki və hüquqi şəxslərdən əmlak , torpaq vergisində müşahidə edilmişdir. imkansız və kimsəsiz şəxslərə maddi yardımlar verilmişdir.
Müsabat dövründə bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq təmin edilmişdir.
Sizi əmin edirik ki, Bərdə bələdiyyəsi bundan sonra da yerli məsələlərin həllində fəal iştirak edəcək, bütün qüvvələri sakinlərin rahat yaşamasına səfərbər edəcəkdir.
Sadiq Xəlilov
Bərdə bələdiyyəsinin sədri
P.S. Bərdə RiH-in hesabat yığıncağında çıxışın tam mətni