Xəlilov Sadiq Vaqif oğlu 05 iyun 1975-ci ildə Bərdə şəhərində anadan olub.
01 sentyabr 1981-ci ildə Bərdə şəhər 1 saylı orta məktənin birinci sinifinə gedib. 1991-ci ildə orta məktəbi bitirdikdən sonra həmin ildə Azərbaycan Sənaye Universitetinin iqtisadiyyat və idarəetmə fakultəsinə daxil olub. 1996-cı ildə Mühəndis-iqtisadçı ixtisası üzrə Magistr dərəcəsi alıb.
1997-2009-cu illərdə Rusiya Federasiyasının Moskva və Sankt- Peterburq şəhərlərində fərdi sahibkarlıq fəaliyyətiylə məşğul olub.
2009-cu ildən 2010-cu ilədək Bərdə şəhərində “Uğur” MMC- də iqtisadçı vəzifəsində işləyib.
2010-2012-ci illərdə Bərdə rayon icra Hakimiyyəti başçısı aparatının Ümumi şöbəsində kadr üzrə böyük məsləhətçi, 2012-ci ildən 2015-ci ilədək Bərdə rayon icra Hakimiyyəti başçısı aparatının informasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində işləyib.
Dövlət qulluğunun kiçik referentidir.
2010- cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2014-cü ildə keçirilən Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi Bələdiyyə üzvü seçilib.
2015-ci ildə Bələdiyyə üzvlərinin keçirdiyi birinci iclasın qərarı ilə Bərdə bələdiyyəsinin sədri seçilib.
Bərdə rayon icra Hakimiyyəti başçısı aparatında və Bərdə bələdiyyəsində işlədiyi dövrdə, özünü təşkilatçılıq qabiliyyətinə malik kadr kimi göstərməklə, ictimaiyyətin dərin hörmətini qazanıb.
S.V.Xəlilov rayonun ictimai-siyasi həyatında fəal iştirak edir.
01 noyabr 2015- ci ildə keçirilən Milli Məclisə seçkilərdə Bərdə rayon üzrə Yeni Azərbaycan Partiyasının vahid namizədi kimi iştirak edib.
1993- cü ildə atası Xəlilov Vaqif ismayıl oğlu və yeganə qardaşı Xəlilov Natiq Vaqif oğlu Qarabağ ugrunda gedən döyüşlərdə şəhid olublar. şəhid ailəsidir.
Ailəlidir, dörd oğlu var.