sorğu
Bərdə bələdiyyəsinin təmir -tikinti briqadası şəhər ərazisində təmir,bərpa işlərini davam etdirir. şəhərin Nüşabə və Koroğlu küçələrində güclü külək nəticəsində aşan və təmirə ehtiyacı olan elektrik dirəkləri təmir edilərək işıqlandırma bərpa edilib. Bu barədə Belediyye.infoya məlumat Bərdə bələdiyyəsindən daxil olub.
Eyni zamanda H.Aslanov, i.Qayıbov küçələrindəki piyada səkilərinin, Bayraq meydanında və H.əliyev prospektində qırılıb dağılmış ağlay üzlükləri, tamet daşları, bardürlar bərpa edilib. şəhərin giriş hissəsində yerləşdirilmiş böyük güldanın qopmuş mərmərlərini də bərpa edib.
Belediyye.info
|
|
|