"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyyəsi imkansız ailələrə yardım edib

--2017-10-16 / 12:03

Bərdə şəhər  Bələdiyyəsi abadlıq və təmir işlərini plan üzrə davam etdirir. Bu barədə məlumatı Bərdə bələdiyyəsi yayıb.

Oktyabr ayında M.Cəfərov küçəsində hasarların ağlay örtüyü və səkilər təmir olunmuşdur. Bununla yanaşı Bərdə bələdiyyəsi  Səməd Vurğun küçəsində qəzalı vəziyyətdə olan ağacların kəsilməsini, doğranılmasını və bələdiyyənin himayəsində olan  imkansız ailələrə verilməsini təmin etmişdir.

Heydər əliyev prospektində avtoqəza nəticəsində dağılmış dairə təmir olunmuş, habelə prospektin sağ və sol hissələrindəki işıq dirəkləri təmir olunmuş və elektrik avadanlıqları yeniləri ilə əvəz olunmuşdur.

Belediyye.info

ŞƏRHLƏR