"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə regional ədliyyə idarəsi ağacəkmə aksiyası keçirib

--2018-10-30 / 06:55

Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı ədliyyə Nazirliyi Kollegiyasının 26.01.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Bərdə regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən oktyabr ayının 26-da ağacəkmə aksiyası keçirilmişdir. Bu barədə məlumatı Bərdə regional ədliyyə idarəsi yayıb.

Tədbirdə Bərdə şəhərində yerləşən “Qəhrəmanlar” parkında dekrativ şam ağacları əkilmişdir. Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Aksiyada regional idaərini əməkdaşları yaxından iştirak edib.

Belediyye.info

 

 

ŞƏRHLƏR