Bərdə regional ədliyyə idarəsi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi işi davam etdirilir. Bu məqsədlə ““Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, “Bələdiyyələrdə şəffaflığın artırılması və antikorrupsiya tədbirləri”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi” mövzularında Bərdə regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun Qaradolaq bələdiyyəsində Qaradolaq, Yeni Qaradolaq, Aran, Mehrablı və Kəbirli bələdiyyələrinin və Ağdam rayonunun Xındırıstan bələdiyyəsində Xındırıstan, əhmədağalı, Qaradağlı, əfətli, Çəmənli və Sarıcalı bələdiyyələrinin üzvü və qulluqçuları üçün seminar keçirilib.
Seminarlarda yuxarida qeyd edilən mövzular ətrfaında fikir mübadiəsi aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Belediyye.info
|
|
|
|
|
|