Cari ilin altı ayı ərzində Bərdə Regional ədliyyə idarəsinə bələdiyyələrin fəaliyyəti ilə bağlı 44-ü müraciət daxil olmuşdur. Müraciətlərə baxılarkən 3 bələdiyyəinin fəaliyyəti inzibati nəzarət icraatı qaydasında araşdırılmışdır. Araşdırma zamanı 1 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkar edildiyi üçün müvafiq tədbir görülməsi üçün həmin bələdiyyənin maliyyə təsərrüfat fəaliyyətini əks etdirən və digər sənədləri idarənin müvafiq məktubu ilə Bələdiyyələrlə iş Mərkəzinə təqdim olunmuşdur. Mərkəz tərəfindən isə prokurorluq orqanlarına göndərilmiş material üzrə həmin bələdiyyənin sədri barəsində cinayət işi başlanılmışdır.
Ümumilikdə isə müraciətlərə tərəfimizdən baxılması zamanı bələdiyyələrin fəaliyyətində aşkar edilmiş nöqsan və çatışmazlıqlar bələdiyyələrə 15 tövsiyə məktubu, eyni zamanda torpaqların qanunsuz ayrılması ilə əlaqədar bələdiyyə qərarlarının ləğv edilməsi 7 təklif məktubu göndərilmişdir.
Hesabat dövründə tərəfimizdən baxılmış ümumilikdə 132 müraciətin (bundan 118-i torpaqla bağIı) 2-si (torpaqla bağlı) müsbət, 2-si (torpaqla bağlı) qismən həll olunmuş, 4-ü (anonim) işə alınmış, 3-ü inzibati nəzarət icraatı qaydasında araşdırılmış, 117-nə əsaslandırılmış cavab verilmiş, 4-ü isə növbəti hesabat dövrünə qalıq qalmışdır.
Eyni zmanada, hesabat dövründə idarəyə 4706 bələdiyyə aktı daxil olmuşdur ki, bunların da hamısına inzibati nəzarət qaydasında baxılmışdır.
inzibati nəzarət qaydasında baxılmış aktlardan 4598-i işə alınmış 108 aktın ləğvi və dəyişdirilməsi barədə təklif göndərilmişdir.
Göndərilmiş təkliflərə əsasən 4 akt ləğv edilmiş, 96 akt dəyişdirilmiş, 8 təklif isə hələ baxılmaqdadır.
Həmçinin, aktlara tərəfimizdən baxılması zamanı bələdiyyələrə müxtəlif məzmunlu 227 tövsiyə məktubu göndərilmişdir ki, bunlardan da 191-i müvafiq bələdiyyələr tərəfinən müzakirə edilmiş, 36-sı isə hələ baxılmaqdadır.
Bələdiyyələr tərəfindən qanunsuz mülkiyyətə və icarəyə torpaq sahələrinin verilməsinə dair 6 aktın ləğv etdirilməsi nəticəsində qanunsuz mülkiyyətə verilmiş 1100 m2 və icarəyə verilmiş 80,27 ha torpaq sahəsi olmaqla, cəmi 80,38 ha torpaq sahəsi bələdiyyə ehtiyat fonduna qaytarılmışdır.
Aktların qanunvericiliklə müəyyən edilmiş müddət ərzində təqdim edilməməsinə görə bələdiyyələrin vəzifəli şəxsləri barəsində 9 inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilmişdir. Həmin protokolların 9-na da baxılmış və hər bir bələdiyyə sədri 400 manat məbləğində cərimə olunmuşdur.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə yanaşı, bələdiyyələrə metodiki köməklik və hüquqi maarifləndirmə sahəsində də 2018-ci ilin birinci yarımili ərzində müəyyən işlər həyata keçirilmişdir.
Belə ki, 2018-ci ilin birinci yarımili ərzində ““Bələdiyyə qulluğu, bələdiyyə qulluğuna qəbulun xususiyyətləri”, “Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir”, “Nağdsız hesablaşmalar və onların məqsədi”, “Bələdiyyə aktlarının qəbulu və icrası”, “Bələdiyyələrdə vergi işinin səmərəliliyinin artırılması”, insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu və məsuliyyəti” və “Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri” mövzularında Bələdiyyələrlə iş Mərkəzi ilə razılaşdırılmış qrafikə əsasən 10.02.2018-ci il tarixdə Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsində, 10.03.2018-ci il tarixdə Bərdə rayonu Qarayusifli bələdiyyəsində, 17.03.2018-ci il tarixdə Bərdə rayonu şirvanlı bələdiyəsində, 07.04.2018-ci il tarixdə Ağcabədi bələdiyyəsində, 21.04.2018-ci il tarixdə Ağcabədi rayonu Hüsülü bələdiyyəsində, 05.05.2018-ci il tarixdə Tərtər rayonu Azad Qaraqoyunlu bələdiyyəsində, 19.05.2018-ci il tarixdə Yevlax rayonu Havarlı bələdiyyəsində, 02.06.2017-ci il tarixdə isə Ağdam rayonu Üçoğlan bələdiyyəsində ümumilikdə 41 bələdiyyə üzrə 169 nəfər bələdiyyə üzvü və qulluqçusunun iştirakı ilə 8 yerli seminar keçirilmişdir.
Eyni zamanda, vətəndaşların hüquqi maarifləndirilməsi ilə bağlı idarə əməkdaşları tərəfindən hesabat dövründə qəbul aparılmış və cari ilin yarımili ərzində 42 nəfər qəbul edilmişdir.
Bərdə Regional ədliyyə idarəsi altı ay ərinzdə hansı işləri görüb: HESABAT

Mövsüm Hüseynov
Bərdə regional ədliyyə idarəsinin rəisi,
ədliyyə müşaviri
(Hesabat da yalnız idarənin bələdiyyələrlə bağlı fəaliyyəti əks olunub)