Bərdə regional ədliyyə idarəsi tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq Ağcabədi rayonunun Hüsülü bələdiyyəsində Hüsülü, Hindarx, şərəfxanlı, Hacılar, Qaraxanlı, imamqulubəyli və Taynaq bələdiyyələrinin üzvləri və qulluqçuları ilə növbəti seminar keçirilib.
Bu barədə məluamtı Bərdə regional ədliyyə idarəsi yayıb.
Seminarda “Bələdiyyələrdə vergi işinin səmərəliliyinin artırılması”, “Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir”, “Bələdiyyə qulluğu, bələdiyyə qulluğuna qəbulun xususiyyətləri” və “Nağdsız hesablaşmalar və onların məqsədi” mövzuları üzrə məruzələr edilərək qeyd olunan məsələlərlə bağlı qanunvericiliyin tələbləri və bu sahədə bələdiyyələrin hüquq və vəzifələri geniş izah olunmuş, iştirakçıları maraqlandıran məsələlər üzrə suallar cavablandırılıb.
Qeyd edək ki, Növbəti seminarın 05.05.2018-ci il tarixdə Tərtər rayonunun ismayılbəyli, Köçərli, Azad Qaraqoyunlu, Qaynaq və Hüseynli bələdiyyələrinin üzvləri və qulluqçuları ilə keçirilməsi nəzərdə tutulur.
Belediyye.info
|
|
|
|