sorğu
Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı ədliyyə Nazirliyi Kolegiyasının 26.01.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Bərdə regional ədliyyə idarəsi tərəfindən müvafiq tədbbirlər davam etdirilir.
Belə ki, Bərdə regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən rayon Qeydiyyat şöbəsinin əməkdaşı ilə birlikdə 08.10.2018-ci il tarixdə Bərdə rayon H.Zeynalov adına Gərənə kənd tam orta məktəbin yuxarı sinif şagirdləri üçün ədliyyə tarixinə həsr olunmuş açıq dərs təşkil edilmiş, habelə elektron xidmətlərin təqdimatı keçirilmişdir.
Bərdə regional ədliyyə idarəsi
|
|
|
|