"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə regional ədliyyə idarəsi hesabat verir

--2017-05-08 / 11:19

ədliyyə Nazirliyinin Bərdə regional ədliyyə idarəsinə 2017-ci ilin birinci rübü ərzində bələdiyyələrlə bağlı 36 müraciət daxil olmuşdur ki, bunlar da, əsasən bələdiyyələrin fəaliyyəti, torpaq ayrılması,  bələdiyyələr tərəfindən maddi yardım olunması və digər məsələlər ilə bağlı olmuşdur. Daxil olmuş müraciətlərin 3-ü üzrə inzibati icraat qaydasında araşdırma aparılmış, 1-i aidiyyəti üzrə göndərilmiş, 26-sı üzrə vətəndaşlara müvafiq izahatlar verilmiş, 6 -sı isə icraatda qalmışdır.

Eyni zamanda, hesabat dövründə idarəyə 1919 bələdiyyə aktı daxil olmuşdur ki, bunların da hamısına inzibati nəzarət qaydasında baxılmışdır. Baxılmış aktlardan 1881-i işə alınmış, 37 aktın ləğvi və dəyişdirilməsi üçün müvafiq təkliflər göndərilmişdir.

Ümumlikdə isə bələdiyyələrə 39 təklif göndərilmişdir ki, bu təkliflərindən 2-si ərizələrin araşdırılması, 37-si  isə aktlarla bağlı olmuşdur, 

Həmin 39 təklifin 27-si bələdiyyə aktlarının dəyişdirilməsi, 12-ci aktların ləğvi və ya aidiyyəti sənədlərin təqdim edilmədikdə ləğvi ilə bağlı verilmişdir. Bələdiyyə aktlarının dəyişdirilməsi ilə bağlı göndərilmiş 27 təklifdən 19-u yerli büdcənin düzgün tərtib olunmaması, 4-ü torpaq sahəsinin kateqoriyasının göstərilməməsi və 4-ü aktların düzgün tərtib edilməməsi ilə bağlı olmuşdur.

Bələdiyyə aktlarının ləğv və ya sənədlərin təqdim edilməsi, edilmədikdə isə ləğv olunması ilə bağlı verilmiş 12 təklifdən 4-ü torpaq sahələrinin qanunsuz icarəyə və mülkiyyətə verilməsi, 8-i isə müvafiq icra hakimiyyəti orqanlarının rəyləri və aidiyyəti torpaqayırma sənədlərinin təqdim edilməməsi ilə bağlı verilmişdir.

 Cari ilin birinci rübü əzində 39 təklifin 35-i müvafiq bələdiyyələr tərəfindən müzakirə olunaraq təmin edilmiş, 4-ü növbəti hesabat dövrünə qalmışdır. Təkliflərin təmin olunması nəticəsində ləğv edilən qanunsuz qərarlar nəticəsində bələdiyələrin ehtiyyat fonduna 57,56 ha torpaq sahəsi qaytarılmışdır ki, bunlardan 57,50 ha icarəyə verilməsi, 0,10 ha isə mülkiyyətə verilməsi üzrə olmuşdur.

Bundan əlavə, cari ilin birinci rübündə bələdiyyələrə müxtəlif məzmunlu ümumilikdə 109 tövsiyə verilmişdir ki, həmin tövsiyələrin 107-ci aktlarla, 2-ci isə ərizələrlə bağlı olmuşdur.

Göndərilən 109 tövsiyənin 2-ci torpaqların idarə edilməsi, 18-i yerli büdcənin tərtib olunması, 21-i protokolların düzgün tərtib edilməməsi, 54-ü yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabatın təsdiqi, 12-si müvafiq təsdiqedici sənədlərin təqdim olunması tələbi, 2-ci isə digər məsələlərlə bağlı olmuşdur. Hesabta dövründə həmin tövsiyyələrin 80-ı müvafiq bələdiyyələr tərəfindən müzakirə olunmuş, 27-si isə  növbəti hesabat dövrünə qalmışdır.

Yuxarıda qeyd olunanlarla yanaşı aktların qanunvericiliklə müəyyən edilmiş müddət ərzində təqdim edilməməsinə görə bələdiyyələrin vəzifəli şəxsləri barəsində 5 inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilmişdir. Həmin protokolların 3-nə baxılmış, 2- isə müvafiq məhkəmələrin icraatındadır..

 Bələdiyələrin hüquqi maarifləndiriməsi ilə bağlı 2017-ci ilin birinci rübü ərzində idarə tərəfindən “Bələdiyyələrdə şəffaflığın artırılması və antikorrupsiya tədbirləri”, “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, “Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi” mövzularında 16 bələdiyyəni əhatə edən 81 bələdiyyə üzvü və qulluqçusunun iştirakı etdiyi 4 yerli seminar keçirilmişdir. 

 Mövsüm Hüseynov

Bərdə regional ədliyyə şöbəsinin rəisi,

ədliyyə müşaviri

   

ŞƏRHLƏR