"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə regional ədliyyə idarəsi Kəhrizli bələdiyyəsində seminar keçirib

--2018-10-06 / 16:02

Bərdə regional ədliyyə idarəsi bələdiyyələrin hüquqi maarifləndirilməsi məqsədilə tədbirləri davam etdirir. Bu barədə məlumatı Bərdə regional ədliyyə idarəsi yayıb.

Belə ki, Ağcabədi rayonunun Kəhrizli bələdiyyəsində Bərdə regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun Kəhrizli, Sarvanlar, Arazbar və Kürdlər bələdiyyələrin üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədi ilə seminar keçirilib.

Seminarda regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən “Yerli özünüidarəetmədə etik davranış”, “Yerli vergi borcunun ödənilmə qaydası”, “Bələdiyyə qulluğuna qəbul prosessində şəffaflığın təmin edilməsi”, “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı” mövzuları üzrə məruzələr edilərək qeyd olunan məsələlərlə bağlı qanunvericiliyin tələbləri və bu sahədə bələdiyyələrin hüquq və vəzifələri geniş izah olunmuş, iştirakçıları maraqlandıran məsələlər üzrə suallar cavablandırılmışdır. Həmçinin, bələdiyyələrin yerli əhali ilə təmaslarını gücləndirmək, kəndin sosial-iqtisadi inkişafının yüksəldilməsi ilə bağlı əhalinin təkliflərinin öyrənilməsi məqsədilə seminarda yerli əhalidən də nümayəndələrinin iştirakı təmin edilib.

Belediyye.info

ŞƏRHLƏR