"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə Regional ədliyyə idarəsi maarifləndirilmə işini davam etdirir

--2019-12-11 / 15:20

Bərdə Regional ədliyyə idarəsində yerli icra və probasiya şöbələrinin əməkdaşları ilə treninq təşkil edilib.

“ədliyyə Nazilriyi üzrə intizam məsuliyyətinə cəlb edilmə təcrübəsinin ümumiləşdirilməsi nəticələri barədə” Azərbaycan Respublikasının ədliyyə Nazirliyi Kollegiyasının 28.06.2019-cu il tarixli qərarının 5-ci bəndinin icrası ilə bağlı idarə tərəfindən tərtib edilmiş Tədbirlər Planınına əsasən 06.12.2019-cu il tarixdə idarənin yurisdiksiyasına daxil olan yerli icra və probasiya şöbələrinin əməkdaşları ilə ədliyyə orqanları işçilərinin etik davranış qaydalarına əməl olunması, məmur-vətəndaş münasibətləri zamanı yaşana biləcək neqativ halların, habelə borclu şəxslərin cinayət məsuliyyətinə cəlb olunması haqqında cinayət işləri üzrə sənədlərin hazırlanması zamanı icra qurumları tərəfindən yol verilən xarakterik nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə treninq təşkil edilmişdir.

Treninqdə respublikada aparılan məhkəmə-hüquq islahatları barədə məlumat verilərək, “ədliyyə orqanları işçilərinin etik davranış qaydaları” və “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri treninq iştirakçılarının nəzərlərinə çatdırılmışdır.

                                                        

Bərdə regional ədliyyə idarəsi

ŞƏRHLƏR