2017-ci ilin birinci rübündə də bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi işi Bərdə regional ədliyyə idarəsinin diqqət mərkəzində saxlanılıb. Bu barədə məlumatı Bərdə regional ədliyyə idarəsi yayıb.
Maarifləndirmə məqsədiylə ““Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, “Bələdiyyələrdə şəffaflığın artırılması və antikorrupsiya tədbirləri”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi” mövzularında Bərdə regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən birinci rüb ərzində 28 yanvar 2017-ci il tarixdə Bərdə rayonunun Otuzikilər bələdiyyəsində Otuzikilər, Hacıəhmədli, Hacıbəyli, Mirzəxan Qaraqoyunlu, Kolayır və Gülgəzli bələdiyyələrinin, 11 fevral 2017-ci il tarixdə Bərdə rayonunun Kətəlparaq bələdiyyəsində Kətəlparaq, Piyadalar və şirvanlı bələdiyyələrinin, 25 fevral 2017-cı il tarixdə Bərdə rayonunun Mustafaağalı bələdiyyəsində Mustafaağalı, Mollalı, və Məşədiibişli bələdiyyələrinin, 11 mart 2017-ci il tarixdə isə Ağcabədi rayonunun Hacıbədəlli bələdiyyəsində Hacıbədəlli, Pərioğullar, şənlik və Rəncbərlər bələdiyyələrinin üzvü və qulluqçuları üçün seminar keçirilib.
Cari ilin sonunadək maarifləndirmə tədbirlərinin davam etdiriləcəyi deyilir.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|