Bərdə Regional ədliyyə idarəsi tərəfindən ədliyyə Akademiyası ilə birgə Bərdə Regional ədliyyə idarəsinin yurisdiksiyasına daxil olan bələdiyyə üzvləri və qulluqçuları üçün 19.10.2018-ci il tarixdə maarifləndirmə məqsədilə tədris kursu keçirilib.
Tədbiri Bərdə regional ədliyyə idarəsinin rəisi Mövsüm Hüseynov giriş sözü ilə açaraq ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən layihələr barədə iştirkaçılara məlumat verib.
Tədbirdə “inzibati aktların forması, inzibati akta dair ümumi tələblər, inzibati aktların icra edilməsi qaydası”, “Bələdiyə qulluqçularının etik davranış qaydaları, bələdiyyə qulluğuna qəbul prossesində şəffavlığın təmin edilməsi” və “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, bələdiyyə torpaqlarının qiymətləndirilməsi” mövzularında ədliyyə Nazirliyinin Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, ədliyyə müşaviri Mətanət əsgərova, ədliyyə Akademiyasının ədliyyə sahəsində idarəetmə kafedrasının müəllimi, I dərəcəli ədliyyə qulluqçusu Səyyad Məcidov və ədliyyə Akademiyasının Bələdiyə, dövlət və qeyri-dövlət qurumları üçün hazırlıq fakultəsinin baş məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Samir Nuriyev mühazirələr oxuyublar.
Proqramın davamı olaraq mühazirələr dinlənildikdən sonra iştirakçılar mövzular ətrafında məruzəçilərə müxtəlif suallar vermiş və verilən bütün suallar cavablandırılmışdı.
Bərdə Regional ədliyyə idarəsi
|
|
|