"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə regional ədliyyə idarəsi seminar keçirib

--2018-02-12 / 13:59

Bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə Bərdə regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən Bərdə rayonunun Mirzalıbəyli bələdiyyəsində Mirzalıbəyli, Kərimbəyli, Yeni əyricə və Qaraqoyunlu bələdiyyələrinin üzvləri və qulluqçuları ilə “Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir”, “Bələdiyyə qulluğu, bələdiyyə qulluğuna qəbulun xususiyyətləri” və “Nağdsız hesablaşmalar və onların məqsədi” mövzularında seminar keçirilib.

Seminarda qeyd olunan mövzularla yanaşı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı aşkar edilmiş xarakterik nöqsanlar və qanun pozuntularından bəhs edilməklə, bələdiyyə üzvləri və qulluqçularına bu kimi nöqsan və qanun pozuntularına yol verilməməsi ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

Semınarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Regional idarədən daxil olan məlumata görə, növbəti seminarın Bərdə rayonunun Qarayusifli bələdiyyəsində Qarayusifli, Alpoud, Hacılar, Hüseynalılar və Böyük Göyüşlü bələdiyyələrinin üzvləri və qulluqçuları ilə keçirilməsi nəzərdə tutulur.

Belediyye.info

                       

 

ŞƏRHLƏR