"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə regional ədliyyə idarəsi seminar keçirib -LAYiHə çəRVəSiNDə

--2018-02-17 / 12:23

Bərdə regional ədliyyə idarəsi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi işi davam etdirilir. Bu barədə məlumatı Bərdə regional ədliyyə idarəsi yayıb.

Bu məqsəd ilə ədliyyə Nazirliyinin Bələdiyələrlə iş Mərkəzi və Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti ilə birgə idarənin yurisdiksiyasına daxil olan bələdiyyələrin sədrləri və mühasibləri ilə 16 fevral 2018-ci il tarixdə Bərdə şəhərində “Bələdiyyə büdcəsinin tərtibində iqtisadi kodların tətbiqi” mövzusunda təlim keçirilmişdir.

Həmçinin, təlimdə “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı” kitabının təqdimatı keçirilərək, iştirakçıları paylanılmışdır.

Belediyye.info

ŞƏRHLƏR