"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə regional ədliyyə idarəsi Tərtərdə seminar keçirib

--2017-06-22 / 07:37

Bərdə regional ədliyyə idarəsi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi işi davam etdirilir. Bu barədə məlumatı Bərdə regional ədliyyə idarəsi yayıb.

Tərtər bələdiyyəsinin inzibati binasında keçirilən tədbirdə bununla bağlı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, “Bələdiyyələrdə şəffaflığın artırılması və antikorrupsiya tədbirləri”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi” mövzularında Bərdə regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən Tərtər bələdiyyəsində Tərtər, Səhləbad, Yuxarı Sarıcalı-Düyərli, Buruc və ələsgərli bələdiyyələrinin üzvü və qulluqçuları ilə seminar keçirilib.

Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Belediyye.info

ŞƏRHLƏR