"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə regional ədliyyə idarəsi Yevlaxda açıq dərs keçib

--2018-11-05 / 18:37

Bu barədə məlumatı Bərdə regional ədliyyə idarəsi yaylb.

Belə ki, Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı ədliyyə Nazirliyi Kolegiyasının 26.01.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Bərdə regional ədliyyə idarəsi tərəfindən müvafiq tədbbirlər davam etdirilir.
Bərdə regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən Yevlax rayon icra və probasiya şöbəsinin əməkdaşı ilə birlikdə 05.11.2018-ci il tarixdə Yevlax şəhər 3 syalı tam orta məktəbin yuxarı sinif şagirdləri üçün ədliyyə tarixinə həsr olunmuş açıq dərs təşkil edilmiş, habelə elektron xidmətlərin təqdimatı keçirilmişdir.

idarənin digər bir görüşü isə Bərdə şəhərində təşkil edilib. 

Bərdə regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən Bərdə şəhər T.ismayılov adına 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdləri üçün ədliyyə tarixinə həsr olunmuş açıq dərs təşkil  edilmişdir.

 Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Belediyye.info

ŞƏRHLƏR