Bərdə regional ədliyyə idarəsindən Belediyye.infoya daxil olan məlumata görə, Bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, “Bələdiyyələrdə şəffaflığın artırılması və antikorrupsiya tədbirləri”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi” mövzularında regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən Yevlax rayonunun Yuxarı Qarxun bələdiyyəsində Yuxarı Qarxun, Aşağı Qarxun, Qaraoğlan və Aşağı Salamabad bələdiyyələrinin, üzvü və qulluqçularıilə seminar keçirilib.
Tədbirdə regional ədliyyə idarəsinin əməkdaşları seminar iştirakçılarının suallarını cavablandırıblar.
idarədən bildiriblər ki, növbəti tədbir Tərtər bələdiyyəsində Tərtər, Buruc, Səhləbad, ələsgərli və Yuxarı Sarıcalı-Düyərli bələdiyyələrinin üzvü və qulluqçuları ilə seminar keçirilib.
Belediyye.info
|
|
|
|