"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə şəhərində bələdiyyələr üçün seminar keçirilib

--2022-06-09 / 18:25
ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi və Bərdə reqional ədliyyə idarəsi ilə birgə Bərdə, Ağcabədi, Mingəçevir, Ağdam, Tərtər və Yevlax bələdiyyələri ilə seminar keçirilmişdir .
Bu barədə məlumatı Bərdə bələdiyyəsi yayıb.
Tədbiri Bərdə reqional ədliyyə idarəsinin rəisi Fəqan şabanov giriş sözü ilə açaraq bildirib ki, ölkə rəhbəri cənab ilham əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyinin bütün sahələrində, o cümlədən yerli idarəetmənin həyata keçirilməsində mütərəqqi islahatlar aparılır. Bələdiyyələr iş və qanunvericilik  davamlı olaraq təkmilləşdirilir.
Seminarda bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsi məqsədilə ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin inzibati nəzarət idarəsinin məsul işçiləri israfil Mustafayev, Səfa Cəfərov və iqtisadi məsələlər üzrə məsləhətçi ilyas Kərimov  çıxış edərək yerli büdcə gəlirlərinin artırılması məqsədilə keçiriləcək tədbirlər və qanunvericiliyin tələblərinə uyğun olaraq informasiya və kommunikasiya imkanlarından geniş istifadə etməklə şəffaflığın təmin olunması istiqamətində ətraflı məlumat veriblər.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Beeldiyye.info
https://www.youtube.com/watch?v=p_ExRVUL8l4&t=2s
ŞƏRHLƏR