22 noyabr 2018-ci il tarixdə Bərdə şəhərində Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Bu barədə məlumatə Bərdə regional ədliyə idarəsi yayıb.
Tədbirdə iştirak edən ədliyyə orqanlarının işçiləri, Bərdə rayon Məhkəməsinin hakimləri və əməkdaşları, Bərdə Rayon icra Hakimiyyətinin Başçısınını müavini, Bərdə şəhərində fəaliyyət göstərən hüquq mühafizə orqanlarının rəhbərləri öncə müstəqil dövlətimizin banisi ümummilli lider Heydər əliyevin xatirəsini anaraq abidəsi önünə gül dəstələri qoymuşlar.
Sonra Bərdə rayon Məhkəməsində keçirilən təntənəli tədbiri giriş sözü ilə açan məhkəmənin sədri Məhərrəm Allahverdiyev Azərbaycan ədliyyəsinin tarixi və keçdiyi inkişaf yolundan danışaraq, Ulu öndər Heydər əliyevin ədliyyə və məhkəmə orqanlarının inkişafında müstəsna xidmətlərini xatırlatmış, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən və ümummilli liderin hakimiyyətə gəlməsindən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması üçün əsaslı tədbirlər görüldüyünü qeyd etmişdir.
Tədbirdə cıxış edənlərdən Azərbaycan Respublikası ədliyyə Nazirliyinin Bərdə regional ədliyyə idarəsinin böyük məsləhətçisi Eldəniz ibrahimov, Bərdə rayon icra və probasiya şöbəsinin rəisi Rusif Quliyev, Bərdə rayon Məhkəməsinin hakimi Cavid Tağıyev və başqaları son illər ərzində ölkəmizdə ədliyyə və məhkəmə sahəsində aparılan uğurlu islahatlardan bəhs edərək, Azərbaycan ədliyyəsinin 100 illiyi münasibəti ilə bütün ədliyyə işçilərini bu əlamətdar gün münasibəti ilə təbrik etdilər.
Belediyye.info