“Bərdə şəhər bələdiyyəsində qulluqçular iş vaxtında vahid forma geyinirlər”- bu barədə Belediyye.info saytına şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov deyib. Onun sözlərinə görə, mart ayında keçirilən bələdiyyə iclasında vahid formanın tətbiqiylə bağlı təklifə əsasən qərar verildi. Hazırda hər bir qulluqçunun öz geyimi var və onların hər biri bələdiyyə büdcəsi hesabına həyata keçirilib Elə həmin iclasda da vahid geyim formasında bələdiyyə aid nişanların olması da müzakirə edilərək təsdiqləndi. Sədrin sözlərinə görə, vahid geyim formasının tətbiqi əhalinin bələdiyyələrə olan diqqətini artıra bilər. Son iki ay ərzində əhalinin bu geyim formasında olan əməkdaşlarımıza olan ən sadə müraciətlərində belə yaxşılığa doğru dəyişiklik hiss edilməkdədir.
Qeyd edək ki, respublika bələdiyyələri arasında ilk dəfə olaraq vahid geyim forması Bərdə bələdiyyəsində tətbiq edilib.
Belediyye.info