Bu gün ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Bərdə şəhərində Tərtər, Yevlax, Bərdə və Ağcabədi rayon bələdiyyə sədrlərinin iştirakıyla seminar keçirilib.
Seminarı regional ədliyyə şöbəsinin rəisi Mövsüm Hüseynov açaraq çıxışında bələdiyyə sədrlərinin qarşısında dayanan vəzifələrə geniş yer verib. Onun sözlərinə görə, prezidentin sərt tənqidindən sonra yerli orqanlar işlərinə daha ciddi və məsuliyyətlə yanaşmalıdırlar.
ədliyyə Akademiyasının əməkdaşı Qalib Məmmədov “Bələdiyyələrdə şəffaflıq prinsiplərinin qorunması” mövzusunda məruzə ilə çıxış edib. Çıxışında Q. Məmmədov adıçəkilən istiqamətdə qəbul edilən qanunlardan və bələdiyyələrin üzərinə düşən məsuliyyət yükündən danışıb. Onun sözlərinə görə, hazırda ölkəmizdə qəbul olunan qanunlar beynəlxalq standartlara cavab verir. Bununla yanaşı daim qanunlar təkmişlləşdirilir və ölkə vətəndaşlarının, o cümlədən bələdiyyələrin irəli sürdüyü təkliflər nəzərə alınır.
Daha sonra ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin təmsilçisi ilyas Kərimov “Bələdiyyələrin maliyyə-təsərrüfatnın inkişaf yolları” mövzusunda məruzə ilə çıxış edib. Məruzəsində i.Kərimov bələdiyyələrə 2015-ci il büdcəsinin icrasıyla bağlı təklif və tövsiyyələrini verərək, hər bir addımın qanun çərçivəsində atılmasının vacibliyi qeyd edilib. Onun sözlərinə görə, “ bələdiyyələr tərəfindən atılan hər bir addım protokollaşdırılmalı və qanuna söykənməlidir. Bələdiyyələr daim yeniliyə can atmalı, hər bir yeniliyi bələdiyyələrində tətbiq etməyə hazır olmalıdırlar.”
Seminarın yekununda məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
|
|
|
|
|
|