Bərdə şəhər bələdiyyəsinin iclas zalında, ədliyyə Nazirliyinin Regional ədliyyə işçiləri,şəhər və kənd bələdiyələrinin sədrləri, bələdiyyə üzvləri və müfəttişləri ilə görüş keçiriblər. Bu barədə Bərdə bələdiyəsindən daxil olan məlumatda bildirilir ki, tədbirdə, 2016- cı ilin birinci yarımilində, bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə "şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısını alınması, " Arxiv işinin təşkili ( Milli Arxiv idarəsinin qaydaları haqqında)", " Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında "Qanundan irəli gələn vəzifələr, torpaq qanunvericiliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə cinayət Məcəlləsinə və inzibati Xətalar Məcəlləsinə əlavə olunmuş məsuliyyəti artıran yeni normaların əhəmiyyəti", Vətəndaşların müraciətləri haqqında " Qanundan irəli gələn vəzifələr və insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu" məsələləri müzakirə edilib.
Tədbir ciddi fikir mübadiləsiylə başa çatıb.
Belediyye.info
|
|
|