"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdədə bir məktəbdən 78 nəfər Ali məktəbə qəbul olub

--2017-09-03 / 17:16

Bu il Bərdə rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1317 məzundan 794-ü ali və orta ixtisas təhsil müəssisələrinə sənəd verib. Onlardan 469-u ali, 144-ü orta ixtisas, 15-i isə xüsusi təyinatlı məktəblərə qəbul olub. Bu barədə məlumatı Bərdə RiH yayıb.

Qəbul imtahanlarında iştirak edən 72 məzun 500-600 arası, 33 məzun isə 600-dən yuxarı bal toplayıb. Akademik Zərifə əliyeva adına məktəb-liseyi bitirən 91 məzundan 86-sı ali məktəblərə sənəd verib və onlardan 78-i tələbə adını qazanıb.

Qəbul imtahanlarında məktəb-liseyin 15 məzunu 500-dən yuxarı, 7 məzunu isə 600-dən çox bal toplayıb. Bundan başqa, Bərdə şəhər 3 nömrəli tam orta məktəbindən 25 nəfər, 8 nömrəli tam orta məktəbdən 16 nəfər, 5 nömrəli tam orta məktəbdən 13 nəfər, Qaradəmirçi kənd tam orta məktəbdən 20 nəfər müxtəlif ali məktəblərə qəbul olunublar.

imtahanlarda akademik Zərifə əliyeva adına məktəb-liseyin məzunu Ayxan Mikayılov 695 bal, 5 nömrəli tam orta məktəbin məzunu Fəhmin Cavadzadə 695 bal, Zümürxan kənd tam orta məktəbin məzunu əli Allahverdiyev 686 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstəriblər.

Sonda yüksək bal toplayan 200 gəncə hədiyyələr verilib.

Belediyye.info

ŞƏRHLƏR