"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdədə pambıqçılığın inkişafında bələdiyyələrdə iştirak edəcək

--2016-04-21 / 23:14

Bu il Bərdə rayonunda 2416 hektar sahədə pambıq əkilməsi üçün sahibkarlarla zavodlar arasında müqavilə bağlanıb

 Bərdə Rayon icra Hakimiyyətinin akt zalında pambıq əkininin gedişinə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə inzibati ərazi dairələri üzrə nümayəndələr, rayon bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən pambıq emalı zavodlarının nümayəndələri, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı müəssisələrinin rəhbərləri, pambıqçılıqla məşğul olan fermerlər, torpaq mülkiyyətçiləri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər əmiraslanov çıxış edərək, Prezident ilham əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlardan, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı sahəsində görülən tədbirlərdən danışıb.

Rayon icra Hakimiyyəti başçısının müavini ilham Məmmədov rayonda pambıq əkininin gedişi, bu sahədəki problemlər barədə məlumat verib. Bildirib ki, rayon sakinlərinin müvafiq təcrübəsi və peşəkarlığı, mövcud pambıq emalı zavodlarının potensialı bu sahənin inkişafına imkan yaradır. Odur ki, 2416 hektar sahədə pambıq əkilməsi üçün sahibkarlarla zavodlar arasında müqavilə bağlanıb. indiyədək 1867 hektarda şum aparılıb, 1437 hektarda çiyid səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Diskussiya şəraitində keçən müşavirədə pambıq emalı müəssisələrinin rəhbərləri, fermerlər çıxış edərək, pambıq əkini sahəsində görülmüş işlərdən danışıb, pambıqçılığın inkişafı, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs ediblər. Diqqətə çatdırılıb ki, rayonda pambıqçılığın inkişaf etdirilməsi üçün MTZ 80 və T 28 traktorlarına, kombaynlara, rotasion malaya və məhsuldar toxuma ehtiyac var.

Müşavirə iştirakçıları rayonda pambıq və digər texniki bitkilərin istehsalının artırılmasını dəstəklədiklərini bildiriblər.

http://azertag.az/xeber/944832

 

ŞƏRHLƏR