sorğu
Bərdə rayonu, şorəlli kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, şorəlli bələdiyyəsinin sabiq sədri Raqub Kərimov işlədiyi müddət ərzində öz qulluq səlahiyyətlərindən istifadə edərək vətəndaşdan rüşvət almaqla torpaq sahələrini geri tarixlərə sənədləşdirib rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı edib.
Hazırda iş üzrə istintaq davam edir.
https://demokrat.az/az/news/92045/berdede-sabiq-belediyye-sedri-hebs-edildi