"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdəlilərə hesabat verildi

--2017-02-17 / 17:40

Bərdə rayonunun 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon icra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.  Bu barədə Bərdə RiH məlumat yayıb.

Yığıncaqda rayon icra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, KiV və QHT təmsilçiləri, sahibkarlar, ağsaqqallar, gənc fəallar, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri iştirak etmişdir.

Bərdə rayon icra Hakimiyyətinin başçısı Vidadi isayev hesabat yığıncağında genişməzmunluməruzə ilə çıxış etmişdir.

V.isayevin sözlərinə görə, hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası davam etdirilmişdir.

Məruzəsində icra başçısı il ərzində rayon ərazisində görülən işlər barəsində yığıncaq iştirakşılarının diqqətinə çatıdırmışdır.

Məruzə ətrafında Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov, rayon Prokuroru Fəxrəddin Məmmədov, Tərtər Regional Qaz istismar Sahəsinin Bərdə Xidmət sahəsiniin rəisi şəhriyar Qarayev,  Mərkəzi rayon xəstəxanasının Baş həkimi Rəna Mustafayeva  çıxış etmişlər.

Hesabat yığıncağında Millət vəkili Gövhər Baxşəliyeva və Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi əflatun Rufiyev çıxış etmişlər.

Yığıncaqda müzakirə edilən rayon icra Hakimiyyəti başçısının hesabatı ilə əlaqədar müvafiq qərar qəbul edilmişdir. Yığıncaq iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevə müraciət qəbul etmişlər.

Belediyye.info

ŞƏRHLƏR