"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Beyləqanda bələdiyyə nümayəndələri üçün seminar keçirilib

--2017-02-23 / 16:35

ədliyyə Nazirliyinin imişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə fevralın 22-də Beyləqanda bələdiyyə nümayəndələri üçün seminar keçirilib.

idarədən AZəRTAC-a bildiriblər ki, seminarda çıxış edən imişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə iş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

imişli regional ədliyyə idarəsinin əməkdaşları ilkin Savalan və Ruslan ismayılov “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr, ”Vətəndaşların müraciətləri haqqında” Qanunda yeniliklər və tələblər, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, yerli vergilərin və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Sonda seminar iştirakçılarının suallar cavablandırılıb.

http://azertag.az/xeber/Beyleqanda_belediyye_numayendeleri_uchun_seminar_kechirilib-1037654

ŞƏRHLƏR