ədliyyə Nazirliyinin imişli regional ədliyyə şöbəsinin təşkilatçılığı ilə Beyləqan şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.
AZəRTAC xəbər verir ki, Beyləqan Rayon icra Hakimiyyətinin və rayon dövlət arxivinin məsul əməkdaşlarının da iştirak etdiyi seminarda çıxış edən imişli regional ədliyyə şöbəsinin rəisi Hakim Məmmədov ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi və regional ədliyyə şöbələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
imişli regional ədliyyə şöbəsinin əməkdaşları Fəxrəddin ibadullayev və ilkin Savalan “şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “Arxiv işinin qanunvericiliyin tələblərinə uyğun təşkili”, “Vətəndaşların müraciətləri haqqında” Qanundan irəli gələn vəzifələr mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Seminarda imişli regional ədliyyə şöbəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
http://azertag.az/xeber/931005