"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Beynəlxalq şahmat Festivalında ölkəmizi kim təmsil edir?

--2017-07-03 / 18:24

Belediyye.infoya daxil olan məlumata görə, həmyerlimiz Daşdəmirova Mədinə Gürcüstanın Batumi şəhərində keçirilən 3-cü Beynəlxalq şahmat Festivalında iştirak edir.

Gürcüstanın Batumi şəhərində “Batumi Municipality Cup” 3-cü Beynəlxalq şahmat Festivalında keçirilən yarışlarda müxtəlif ölkələrdən olan iştirakçılarla yanaşı Daşdəmirova Mədinə keçirilən oyunlar zamanı bir çox rəqibləri üzərində qələbə qazanaraq Azərbaycanımızın adını yüksəklərə qaldırmağa davam edir. Mədinə Daşdəmirova yarışda nümayiş etdirdiyi yüksək mübarizə əzmi ilə fərqlənərək iştirakçılar və yarış kollektivi arasında böyük rəğbət qazanmışdır.

Daxil olan məlumata görə, həmyerlimiz keçirilən oyunlarda öz istedadını göstərərək ölkəmizi böyük ustalıqla təmsil etməkdədir.

Qeyd edək ki, Daşdəmirova Mədinə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevin qız nəvəsidir.

P.S. Belediyye.info olaraq balaca Mədinəyə daha böyük uğurlar, nailiyyətlər diləyirik.

ŞƏRHLƏR