Ümummilli lider Heydər əliyev 8 mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: "Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. insan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona göstərilən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...".
Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdilər.
Bugün Bibiheybət bələdiyyəsi tərəfindən qəsəbənin uzunömürlü xanımları, Qarabağ müharibəsinin veteran xanımları və qazilərmizin anaları 8 Mart Beynelxalq Qadınlar Günü münasibəti ilə təbrik edildi. Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova, bələdiyyə katibi və üzvü Aytəkin ədalətqızı və bələdiyyənin əməkdaşı Anar əhmədov xoş sözlərini xanımlara bildirdilər. Təkcə bu gün yox, sabah da, o biri gün də daim üzünüz gülsün, əziz xanımlar! Qadın adını, ana adını və şərəfli nənə adını daşımağı hər bir azərbaycanlı xanıma arzu edirik. Çünki bizlər buna və bundan da yüksək, ali mənsəbə, hörmətə və məhəbbətə layiqik.
əziz xanımlar, bayramınız mübarək olsun!
Səbail rayonu Bibiheybət bələdiyyəsi