"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bibiheybət bələdiyyəsinin birləşdiriləcəyi gözlənilir

--2016-05-06 / 00:41

Səbail rayonunda formalaşan Bibiheybət  bələdiyyəsinin digər  Səbail və ya Badamdar bələdiyyəsinə birləşdiriləcəyi gözlənilir.

Bu barədə məlumat Bibiheybət bələdiyyəsindən daxil olub. Məlumatda bildirilir ki, hazırda bələdiyyə ərazidə hər hansı vergi növünün yığımında çətinlik çəkdiyindən büdcədə maliyyə vəsaiti demək olar ki, yoxdur. Maliyyə vəsaiti olmadığından sakinlərin qaldırdığı problemlərin həllində də çətinlik çəkilir.

Bələdiyyənin hansı bələdiyyəyə və  nə vaxt birləşdiriləcəyi isə secicilərin rəyindən asılı olacaqdır.

Qeyd edək ki, adıçəkilən bələdiyyə 1999-cu ilin ilk bələdiyyə seçkilərində doqquz üzvlə  formalaşıb.

Xatırladaq ki, Bakı şəhərində 52 bələdiyyə formalaşdırılıb. ilkin seçkilərdə isə bələdiyələrin sayı 49 olub.

Saytın aparıdğı aradırmalar göstərir ki, növbəti bələdiyyə seçkilərində paytaxtın bir sıra perspektivsiz bələdiyyəsi birləşdirilə bilər.

Belediyye.info

 

ŞƏRHLƏR