sorğu
“Bu gün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Bibiheybət qəsəbəsində tədbir keçirilib”- bu fikirləri Belediyye.infoya Səbail rayonu Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova bildirib. Sədrin sözlərinə görə, Bibiheybət və Badamdar qəsəbə mədəniyyət evinin təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə musiqi və rəqs nömrələri nümayiş olunmuş, şən klounlar uşaqların bayramına əyləncə qatmışdır.
Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova və Rus icmasının əməkdaşı Marina Pavlova tərəfindən fərqlənən uşaqlara təşəkkürnamələr və hədiyyələr təqdim olunmuşdur.
Sonda tədbirdə çıxış edən rəqs qruplarına Səbail rayon gənclər və idman idarəsi tərəfindən fəxri fərmanlar təqdim olunmuşdur.
Belediyye.info
|
|
|
|
|
|
|
|