"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsi Ağdamdan olan məcburi köçkünü təbrik edib

--2016-08-01 / 23:28

Biləcəri bələdiyyəsi Ağdamdan məcburi köçkün olan Binəqədi rayon ərazisində məskunlaşan və qəbul imtahanlarında rayon üzrə ən yüksək nəticə (692 bal) toplayan Aynur Babayevanın evində qonaq olub.Bu barədə məlumatı Binəqədi rayon Biləcəri bələdiyyəsi yayıb.

Məlumatda qeyd edilir ki, göstərdiyi yüksək nəticəyə görə Aynur Babayevanı təbrik edən Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev görüşdə qeyd edib ki, Aynurun gələcəkdə cəmiyyətimiz üçün əsl ziyalı xanım olacağına inanırıq.

Biləcəri bələdiyyəsinin sədri Aynuru böyüdən, tərbiyə edən ailəsini də təbrik edərək, bu cür övlad böyütdükləri üçün onlara təşəkkür etmiş, onun təhsili layiqli şəkildə davam etdirməsi üçün lazım olan köməkliyin göstəriləcəyini bildirib.

Məlumat üçün bildirək ki, Aynur Babayeva Binəqədi rayonu 314 nömrəli tam orta məktəbin məzunudur.

Belediyye.info 

ŞƏRHLƏR