"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsi daha 1000 kv.m əraziyə asfalt örtüyü çəkdirib

--2018-10-02 / 15:54

Binəqədi rayonu Biləcəri bələdiyyəsi növbəti layihəyə yekun vurub.

Bu barədə məlumatı Biləcəri bələdiyyəsi yayıb. Məlumatda bildirilir ki, Biləcəri bələdiyyəsinin təşəbbüsü ilə qəsəbənin Təbriz küçəsində (X.Natavan bina 3-ün arxa hissəsi) uzunluğu 150 metr, ümumilikdə 1000 kv.metr olan əraziyə asfalt örtüyü çəkilib.

Qeyd edək ki, Biəcəri bələdiyyəsi bundan əvvəl də qəsəbənin hərbi şəhərcik və Y.Hüseynov küçələrində yaşayan sakinlərin şifahi müraciətlərinə əsasən mərkəzi küçədə asfaltlama işlərini başa çatdırıb.

Belediyye.info

ŞƏRHLƏR