Binəqədi rayon Biləcəri bələdiyyəsi fəaliyyətini sakinlərin müraciət əsasında qurur”- bu fikirləri Belediyye.infoya Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev bildirib. Onu sözlərinə görə, bu günlərdə bələdiyyə iclasında aparılan müzakirələrdə qəsəbənin bir sıra küçələrdə təmir bərpa işlərinin aparılması qərara alınıb.
Bu gün bələdiyyə sədri Hikmət Quliyev və sədr müavini Samirə Həsənova işin gedişiylıə yaxından tanış olmaq məqsədiylə ərazidə oalraq sakinlərlə görüşüblər.
Sədrin sözlərinə görə, qəsəbənin Füzuli kücəsində genismiqyaslı yol təmiri islərinə başlanılıb. Yolun uzunlugu 2 km olan məsafəsinə karbonat qatı verilmis xüsusi texnika ilə yayılaraq bərkitmə işləri aparılmışdır. Qısa müddət ərzində əraziyə asfalt örtüyünün verilməsi nəzərdə tutulur.
Belediyye.info