"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsi ekoloji mühitin sağlamlaşdırılmasına çalışır

--2017-12-01 / 09:26

Binəqədi rayon Biləcəri bələdiyyəsi tərəfindən qəsəbədə ekoloji mühitin sağlamlaşdırılmasının sürətləndirilməsi istiqamətində əkilən gül-çiçəklər, ağaclar və sarmaşıq kollarına mütəmadi qulluq edilir və suvarılması işləri aparılır. Bu barədə məlumatı adıçəkilən bələdiyyə yayıb.

Məlumatda bildirilir ki, qəsəbənin Y.Hüseynov, Asəf Zeynallı, Ordubadi, Rəşid ismayılov  küçələrində əkilən ağaclar və sarmaşıq kolları suvarılmışdır.

Bələdiyyə qəsəbədə qeyd edilən layihənin icrasını davam etdirir.

Belediyye.info

ŞƏRHLƏR