sorğu
Binəqədi rayon Biləcəri bələdiyyəsinin yaydığı məlumata görə, bu gün Biləcəri qəsəbə sakinlərinin müraciətinə uyğun olaraq bir sıra küçələrdə qrederlə hamarlama işləri həyata keçirilib.
Bundan əlavə olaraq su problemi mövcud olan küçələrdə “Azərsu” SC əməkdaşlarıyla birgə problem aradan qaldırılıb.
Bu gün həm də adıçəkilən ərazidə təmizlik işlərinin həyata keçirilməsi üçün könüllülərin iştirakıyla
iməcilikdə keçirilib.
Bələdiyyədən daxil olan məlumatda daha sonra bildirilir ki, bələdiyyə qəsəbədə təmizlik işlərinin aparılması üçün hər həftə sonu üç saatlıq iməcilik təşkil edir.
iməcilikdə həm də əhali arasında maarifləndirmə işlərinin aparılmasına geniş yer verilir.
Belediyye.info
|
|
|