Binəqədi rayon Biləcəri bələdiyyəsinin ictimai – humanitar məsələlər sektorunun təşkilatçılığı ilə “Təmənnasız xeyirxahlıq, şəfqət və mərhəmət ifadəsi” günü ilə əlaqədar olaraq Azərbaycan Milli incəsənət Muzeyinə ekskursiya təşkil edilib.
Qəsəbəmizdə yaşayan 5 qüsurlu uşaqlarla birlikdə, 300 saylı tam orta məktəbin 5 nəfərdən ibarət şagird kollektivi və bələdiyyənin sədr müavini Samirə Həsənova, icraçı katib Leyla Mədətova ekskursiyada iştirak ediblər.
Bu barədə məlumatı Biləcəri bələdiyyəsi yayıb.
Ekskursiya zamanı uşaqlara muzeyin fəaliyyəti, müəssisədə qorunan müxtəlif əsrlərə aid eksponatlar barədə məlumat verilərək bildirildi ki, müəssisə müstəqil muzey kimi 1936-cı ildə yaradılıb. Muzeydə orta əsrlərə, intibah dövrünə, qədim Azərbaycana aid eksponatlar, rəsm əsərləri, tətbiqi incəsənət nümunələri və.s. nümayiş olunur. Uşaqlar muzeydə məşhur alman, rus, italyan rəssamların mənzərə, portret və digər janrlarda yaratdıqları incəsənət nümunələri ilə tanış olduqdan sonra, “Kölgə” tamaşasını izləyiblər.
Belediyye.info
|
|
|
|
|
|