"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsi işçi axtarır-ELAN

--2016-01-07 / 23:20

                     E L A N

Binəqədi rayonu Biləcəri bələdiyyəsi “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə qulluğuna işə qəbul üçün aşağıdakı vəzifələrə 05.01.2016-cı il tarixdə  müsabiqə elan edir. O cümlədən:

-          Sürücü   - 1 yer;

-          Çilingər - 1 yer;

-          Fəhlə     - 1 yer;

     Namizədin müsabiqəyə buraxılması qaydası:

 Müsabiqə hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, bələdiyyə icra aparatının struktur bölmələrində müvafiq vəzifələrə yararlı olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir.

  1. On altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun  peşə hazırlığlna malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə bələdiyyə qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bələdiyyə qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar.

          Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

    Bələdiyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə elan edilən gündən etibarən 30(otuz) gün müddətində bələdiyyənin icra aparatına aşağıdakı sənədləri təqdim etməlidir:

-          vahid forma üzrə ərizə (1 nömrəli əlavə);

-          kadrlar uçotunun şəxsi vərəqəsi;

-          tərcümeyi hal;

-          təhsil haqqında sənədin surəti;  

-          şəxsiyyət vəsiqəsinin surəti;

-          əmək kitabçasının təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

-          sağlamlıq barədə arayış;

-          hərbi biletin təsdiq edilmiş surəti, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə, müvafiq arayış;

-          3x4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil.

Müsabiqədə iştirak etmək arzusunda olanlar Biləcəri bələdiyyəsinin Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 37 “A” ünvanındakı inzibati binasında yerləşən Müsabiqə komissiyasına müraciət edə bilərlər.

Sənədlər komissiya üzvü Zinət Kamal qızı Hüseynova tərəfindən qəbul edilir.

əlaqə telefonları:  012-401-10-70;  012-401- 37-64.

                                                 Müsabiqə  komissiyası.     

ŞƏRHLƏR