"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsi məktəbli formalarını kimlərə hədiyyə edib?

--2016-09-15 / 22:28

Binəqədi rayon Biləcəri bələdiyyəsi yeni tədris ilinin başlanılması ilə əlaqədar qəsəbənin aztəminatlı, qaçqın və şəhid ailələrdən olan məktəb yaşlı uşaqları üçün məktəbli formaları hədiyyə edib.

Bu barədə məlumatı Biləcəri bələdiyyəsi yayıb.

Məlumatda daha sonra qeyd edilir ki, təşkil olunan aksiyada çıxış edən bələdiyyə sədri Hikmət Quliyev tədbir iştirakçılarını yeni dərs ilinin başlanması ilə bağlı öz təbriklərini çatdıraraq onlara yeni tədris ilində uğurlar arzulayıb.

Tədbirin sonunda çıxış edən valideyinlər ölkəmizdə aztəminatlı, qaçqın şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirərək, göstərilən diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Belediyye.info

 

ŞƏRHLƏR