Binəqədi rayon Biləcəri qəsəbə ərazisində küçə ticarətinin qarşısının alınması məqsədilə monitorinqlər davam etdirilir.
Biləcəri bələdiyyəsinin təşəbbüsü ilə bələdiyyədə yaradılan işçi qrupu monitorinq zamanı bütün obyektlərin sahiblərinə küçələrə ərzaq və qeyri-ərzaq məhsullarının yığılmaması, qanunsuz reklam lövhələrinin yerləşdirilməməsi, obyektlərin ətrafının təmiz saxlanması haqqında tövsiyələr verilmiş və küçə ticarəti ilə məşğul olan obyektlərin qarşısından ərzaq və qeyri-ərzaq məhsulları ilə yanaşı qanunsuz reklam lövhələri də yığışdırılmışdır.
Bələdiyyədən daxil olan məlumatda bildirlir ki, mütəmadi olaraq qəsəbə ərazisində reydlərin davam etdirilməsi nəzərdə tutulur.
işçi qrupu bununla yanaşı həm də, sahibklarla söhbətlər aparılmasını, qanunların izahının verilməsini planlaşdırır.
Belediyye.info
|
|
|
|