"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsi növbəti layihəni nə vaxt başa çatdıracaq?

--2018-09-13 / 14:16

Binəqədi rayonu Biləcəri bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyə iclasının qərarıyla qəsəbə ərazisində abadlıq işləri həyata keçirilir.

Layihənin davamı olaraq Xırdalan dairəsindən Binəqədi qəqəbəsinə gedən  yolda, iki kilometrlik məsafədə səkilər təmir edilir, hasar çəkilir, ərazidə səliqə-səhman yaradılır.

Bələdiyyədən 2000 kv.m metrədək ərazinin rəngləndiyini və 250 kv.m ərazidə hasar çəkildiyi bildirilir.

Layihənin sonunadək küçə işıqlandırma dirəklərində olan mövcud problemlər aradan qaldırılacaqdır.

Bələdiyyədən onu da bildiriblər ki, həmin ərazidə standarta uyğun olmayan reklam lövhələri, xüsusəndə elanlar sökülur və ya dəyişdirlir.

ərazidə aparılan işlərin ilkin mərhələsinin sentybr ayının 15-dək başa çatdırılması nəzərdə tutulub.

Belediyye.info

ŞƏRHLƏR